16:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanda tikiləcək NATO-nun döyüş qrupu üçün nəzərdə tutulacaq hərbi düşərgədə 2000-dən çox hərbçi yerləşdiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Yambol şəhər administrasiyasının rəsmi saytında mer Valentin Revanski ilə Bolqarıstan Ordusunun Müdafiə Qərargahının rəisi Emil Eftimov arasında keçirilən görüşdən sonra məlumat verilib.

“Müdafiə Nazirliyi Kabiladakı kazarma ərazisinin briqadasını 2000-dən çox əsgərə qədər genişləndirilməsini nəzərdə tutur. Bu, Novo Selo poliqonunda Bolqarıstan-Amerika birgə hərbi bazası kimi deyil, tamamilə Bolqarıstanın nəzarəti altında olacaq ərazi hava və dəniz limanına, Novo-Selo təlim poliqonuna yaxınlığı, eləcə də inkişaf etmiş dəmir yolu və yol infrastrukturuna görə seçilib”, -deyə məlumatda qeyd olunur.

Gözlənilir ki, Kabil rayonunda hərbi qulluqçuların yerləşdiyi binalar təmir olunacaq, yeni elektrik yarımstansiyaları, kanalizasiya və digər infrastruktur obyektləri tikiləcək. Bunun üçün vəsait Bolqarıstanın dövlət büdcəsindən və NATO büdcəsindən ayrılacaq.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər