8 Avqust 2016 18:03
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Xarici İşlər Nazirliyinin müşaviri Sousan Çebli Türkiyə- Rusiya münasibətlərin istiləşməsi nəticəsində Türkiyənin NATO-dakı mövqeyinə ziyan dəyməyəcəyini bildirib.

Teleqraf.com xarici mətbuata istinadla bildirir ki, Almaniya XİN təmsilçisi Suriyadakı daxili müharibənin başa çatması və bölgənin təhülkəsizliyi kontekstində Türkiyə ilə Rusiya arasındakı əlaqələrin önəmli olduğunu vurğulayıb: “Türkiyə və Rusiyanın barışığı NATO-daxili ortaq təhlükəsizliyə heç bir problem yaratmır. Türkiyə NATO-da önəmli müttəfiqdir”.

Müşavir Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı olaraq edam cəzasının yenidən tətbiq olunacağı təqdirdə Türkiyənin Avropa Birliyinə üzvlük müddətinin sona çatdıralacağını da qeyd edib.

Sevinc


Müəllif:

Oxşar xəbərlər