Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailəsinin xaricdə yerləşən aktivləri beynəlxalq səviyyədə əsl "ov obyekti"nə çevriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, eks prezidentin xaricdə əldə etdiyi mülklər sırasında Rusiyada daşınmaz əmlaklar, Vyanadakı otellər və Dubayda şəxsi təyyarələr var:
"Əvvəllər Əsədin aktivlərini tədqiq etmiş Ağ evin keçmiş rəsmisi Endryu Tablerin qeyd etdiyi kimi, mülklər beynəlxalq səviyyədə "ovlanacaq”. Əsədin həmişə "B" planı olub və onlar sürgünə yaxşı hazırlaşıblar".