9 Avqust 2016 14:15
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda keçirilən görüşündə iştirak edəcək.

Bu haqda "ProKazan" məlumat yayıb.

Görüşdə təyyarə böhranından sonra dayandırılan "Türk axını" layihəsinin müzarə ediləcəyi gözlənilir.
İki liderin müzakirə edəcəyi əsas mövzulardan birinin Suriyadakı vəziyyətlə bağlı olacağı bildirilir.

Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Bundan sonra iki ölkə arasında münasibətlər pozulmuşdu. Həmin hadisədən sonra ilk dəfədir ki, iki ölkənin liderləri görüşür. (Report)


Müəllif:

Oxşar xəbərlər