Rusiya və Türkiyəprezidentləri avqustu 9-da Sakt-Peterburq görüşündən sonra əlaqələrin böhrandan əvvəlki həddə qaldırılmasının qarşıda duran əsas məsələ olduğunu bəyan ediblər.
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı sanksiyaların yavaş-yavaş aradan qaldırılacağını bildirib.
Putin deyib ki, ticarət və iqtisadi əlaqələri canlandırmaq üçün qarşıda əziyyətli iş durur.
O bu prosesin artıq başlandığını, amma bir qədər vaxt aparacağını vurğulayıb.
Putinə əziz dost deyə müraciət edən Ərdoğan isə bildirib ki, tərəflər pozulmuş münasbətləri bərpa edə və gələcəkdə daha da yaxınlaşdıra bilərlər.
Qeyd edək ki, bu , ötən ilin noyabrında Türkiyənin Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsini vurmasından sonra liderlərin ilk təkbətək görüşüdür.
Rusiya həmin insidentə görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib və onunla birgə layihələrdən çıxıb.
Ərdoğan həmin insident vaxtı həlak olan poliotun ailəsindən üzr istədikdən sonra münasibətlər istiləşməyə başlayıb.