ABŞ Rusiyanın Suriyada İŞİD-ə qarşı əməliyyatlara qoşulmasını məmnuniyyətlə qarşılayacaq.
Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin müşaviri Elizabet Trudeau Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyanın İŞİD-ə qarşı əməliyyatlara qatılmasına dair çağırışını şərh edib.
Xanım müşavir bildirib ki, söhbət İŞİD-ə qarşı mübarizədən gedirsə, bu, hamımız üçün öndə duran qayğıdır: “İŞİD-ə qarşı koalisiyada yer alan bütün üzvlərlə əlaqə saxlayırıq. Rusiyanın bu mübarizəyə qoşulması koalisiyanın strategiyasını dəyişdirməyəcək”.
Sevinc