Pakistanda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 16 nəfər ölüb, 29 nəfər yaralanıb.
Teleqraf.com APA-ya istinadən xəbər verir ki, xəsarət alanlardan 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir. Qəza Palandri və Hacira yaşayış məntəqələrini birləşdirən yolda qeydə alınıb. İlkin məlumata əsasən, qəzaya səbəb 50-dən çox insanı toya aparan avtobus sürücüsünün idarəetməni itirməsi olub.