15 Avqust 2016 17:06
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Binali Yıldırım yaxın gələcəkdə Suriya məsələsində yenilik olacağını və mühacirlərin ölkələrinə dönə biləcəyini açıqlayıb.

Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, baş nazir Suriya probleminin həlli yoluna çox yaxın olduqlarını bildirib. O, bu istiqamətdə hökumətin 3 maddəlik planından danışıb. Həmin maddələr aşağıdakılardır:

1. Suriyanın ərazi bütövlüyü, sərhədləri saxlanılacaq, PYD xarakterli bir dövlətin yaradılmasına icazə verilməyəcək;

2. Yeni dönəmdə dini, etnik və regional qurumlardan hər hansının üstünlük etdiyi dövlət quruluşu mövcud olmayacaq. Yəni Suriyadakı qanlı problemin kökündəki məsələnin həll edildiyi bir quruluş təsis ediləcək. Hər hansı məzhəb dövləti olamayacağına görə uzun müddət ərzində Bəşər Əsəd də olmayacaq;

3. Məsələnin Türkiyəylə bağlı hissəsinə gəlincə, problemin həlli dövründə bizim ölkəmiz də daxil olmaqla digər ölkələrə sığınmaq məcburiyyətində qalan suriyalılar müəyyən proqram çərçivəsində vətənlərinə dönəcəklər.

Sevinc


Müəllif:

Oxşar xəbərlər