19 Avqust 2016 17:53
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Liza Peskova Türkiyə-Rusiya münasibətləri qaydasına düşən kimi Antalyaya dincəlməyə gəlib.

Teleqraf.com Türkiyə mediasına istinadla bildirir ki, Antalyada çəkdirdiyi fotoları paylaşan Liza həmvətənlərinə mesaj da yollayıb : “Türkiyənin qapıları ruslara açıqdır, burda həddən artıq Rusiya vətəndaşı var və bizi çox sevirlər”.

Liza bu ilin aprel ayında İnstaqram hesabında paylaşdığı statusla beynəlxalq ictimaiyyətin Türkiyədəki terror hücumlarına reaksiya bildirməməsini tənqid etmişdi.

Rusiya KİV-i Liza Peşkovanın Antalyada sevgilisi Yuri Meşaryakovla istirahət etdiyini xəbər verib və onların birgə şəklini yayıb.

Sevinc


Müəllif:

Oxşar xəbərlər