Türkiyənin Qazıantep şəhərində partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
08.37
Türkiyənin Qaziantep şəhərində keçirilən toy mərasimində baş vermiş partlayış zamanı ölənlərin sayı 30 nəfərə çatıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, toy mərasimi zamanı baş vermiş hadisə zamanı 94 nəfər müxtəlif cür xəsarət alıb.
Qaziantep valisi Əli Yerlikaya hadisənin terror aktı olduğunu bildirib.
***
01.50
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, baş vermiş partlayış zamanı 8 nəfər ölüb.
Hadisə zamanı daha 60 nəfər xəsarət alıb.
***
01.10
Türkiyənin Qaziantep vilayətində terror aktı həyata keçirilib.
Musavat.com-un Türkiyə TV-lərinə istinadən verdiyi məlumata görə, küçədə təşkil edilən toyda həyata keçirilən terror aktı nəticəsində ölənlər və yaralananlar var.
Reuters agentliyinin verdiyi İlkin məlumatlara görə, ölənlərin sayı 8, yaralı sayı isə 60 nəfərdir. Ölü sayının artma ehtimalı olduqca böyükdür. Çünki yaralıların sayı çoxdur və bunların arasında ağır olanlar çoxluq təşkil edir.
Olayın şahidləri deyirlər ki, terror bir uşaq arabasına ("kolyaska") qoyulan bombanın partlaması nəticəsində baş verib.
Türkiyə prezidentinin əmri ilə bir sıra nazirlər və yüksək rütbəli məmurlar Qaziantepə yola düşüblər.
Bəzi ekspertlər hesab edir ki, terror olayı İŞİD terror təşkilatının əməlidir. Onlara görə bu addımın səbəbi Türkiyənin qəfildən dəyişən Suriya siyasətidir. Məlum olduğuna görə, Türkiyə Rusiya ilə təkrar yaxınlaşandan sonra, Suriyaya yönəlik siyasətini kardinal şəkildə dəyişib və Əsədin iş başında qalması ilə, keçici də olsa, razılaşıb. Bu da heç şübhəsiz, Əsəd rejiminə qarşı savaşan İŞİD terror təşkilatını və kürd silahlılarını pis vəziyyətə qoyur.
****
Məlumatda bu da bildirilir ki, toy Siirt bölgəsinə aid insanların tədbiridir. Bu da onu göstərir ki, hədəf daha çox kürd və ya ərəb kökənli Türkiyə vətəndaşlarıdır. Qurbanların da daha çox onlardan olması ehtimal edilir.