Pakistanın Sind vilayətində yük maşını ilə avtobusunə toqquşması nəticəsində ən azı 9 nəfər həlak olub, 48 nəfər yaralanıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, hadisə Thatta rayonunda bazar günü gecə baş verib. Avtobus Kəraçidən Şahdadkota gedirmiş.
Ölənlərdən 5-i uşaq, 3-ü qadındır. Vəziyyəti ağır olan 10 yaralı Kəraçidə xəstəxanaya yerləşdirilib. Avtobusda ümumilikdə 60 sərnişin olub.
Nihad