Türkiyə İsrailin qeyri-qanuni həmlələrini yaxından izləyəcəyini açıqlayıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya etdiyi hücumlarla bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, Türkiyə İsrailin beynəlxalq hüquqa qarşı törətdiyi hadisələrin yaxından izləyicisinə çevriləcək: “Ölkəmizin İsraillə münasibətlərinin qaydaya düşməsi, Fələstin xalqının hədəfə çevrildiyi belə hadisələrə səsimizi çıxarmayacağımız demək deyil. Əksinə, İsrailin qarşısında Fələstin davasının izləyicisi olaraq dayanacağıq”.
Sevinc