Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukova yeni vəzifə verilib.
Teleqraf.com RİA “Novosti”yə istinadən xəbər verir ki, sabiq nazir Birləşmiş Mühərrikqayırma Korporasiyasının (ODK) kadrlar, mükafatlandırma və strategiya komitəsinin sədri təyin edilib. Bu barədə ODK-nın direktorlar şurası qərar qəbul edib.
Qeyd edək ki, A.Serdyukov 2015-ci ildən etibarən “Rostexnologiya” Dövlət Aviasiya Korporasiyasının aviasiya kompleksi üzrə sənaye direktoru vəzifəsini tuturdu. Onu da bildirək ki, Serdyukov müdafiə naziri vəzifəsindən 2012-ci ildə uzaqlaşdırılıb. Onun postunu tərk etməsinə büdcədən 1 milyard rubl həcmində vəsaitin mənimsənilməsinə dair qalmaqalın böyüməsi səbəb olmuşdu.
Səxavət