29 Avqust 2016 14:24
1 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Trillyayeva sosial şəbəkədə atasının səhhəti ilə bağlı məlumat yayıb.

Teleqraf.com-un "Ferqana" agentliyinə istinadla verdiyi xəbərə görə, o, insanlardan atası üçün dua etməyi istəyib:

"Dedi-qodudan qaçmaq üçün mən burda, öz səhifəmdə ötən həftə atamla bağlı baş verən və ailəmizi kədərləndirən hadisə haqda məlumat vermək istəyirəm. Beyninə qan sızması səbəbindən o, şənbə günü səhər xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildi. Vəziyyəti stabil qiymətləndirilir. Onun səhhəti ilə bağlı proqnoz vermək hələ tezdir. Mən insanlardan spekuliyasayalara yol verməməyi və ailədaxili məsələyə hörmət nümayiş etdirməyi xahiş edirəm".

78 yaşlı İslam Kərimov 1989-cu ildən Özbəkistana rəhbərlik edir. O, avqustun 27-də xəstəxanaya yerləşdirilib.

Mahir


Müəllif:

Oxşar xəbərlər