31 Avqust 2016 14:56
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda verdiyi müsahibədə heç bir cinsə mənsub olmadığını söyləyən türkiyəli müğənni Fatih Ürək cəmiyyətdə çaşqınlıq yaradan bu açıqlamasına aydınlıq gətirib.

Teleqraf.com-un “Milliyyet”ə istinadla verdiyi xəbərə görə, o, fikrini belə izah edib: “Əslində çox işlədiyim üçün sevgiyə vaxt ayıra bilmədiyimi demək istəmişdim. Digər tərəfdən də, fanatlarım cinsiyyətsiz olmağımı istəyirlər. Üz-gözümü boyamağım tamaşaçının çox xoşuna gəlir. Səhnəyə çıxarkən makiyaj edirəm, şou üçün bu, şərtdir”.

Müğənni açıqlamasında atalığı dadmaq istədiyini də söyləyib: “Bu, mənim ən təbii haqqımdır. Daşıyıcı ana vasitəsilə ata olmaq istəyirəm. Amma belə gərgin işin içində bunu necə edəcəyimi bilmirəm. Uşaq sevgi, diqqət istəyir axı”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər