18:12
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikal müxalif hərəkatın lideri, keşiş Baqrat Qalstanyan növbəti dəfə Ermənistan Baş naziri Nikol Paşinyanı devirməklə hədələyib.

Teleqraf.com xəbər verir ki, keşiş növbəti addımlarının Ermənistanda hakimiyyət dəyişikliyinə yol açacağını iddia edib.

Həmçinin Qalstanyan etiraf edib ki, bundan öncə bir neçə dəfə səhvlərə yol veriblər, amma bu dəfə Paşinyana imkan verməyəcəklər:

“Müəyyən çatışmazlıqlara görə bir neçə dəfə yekun nəticəni əldə edə bilmədik. Yaxşı olar ki, indi vaxtında uyğunlaşaq və problemlərimizi həll edək. Yenə deyirəm: meydana çıxacağımız gün yekun olacaq”.

Xatırladaq ki, Qalstanyanın may-iyun və oktyabr aylarında keçirdiyi anti-hakimiyyət mitinqləri uğursuzluqla başa çatmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər