27 İyun 2014 20:32
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Baş naziri Nuri əl-Məliki bildirib ki, rəsmi Bağdad Rusiyadan qırıcı təyyarələr alıb və həmin təyyarələr bir neçə gün ərzində ölkəyə gətiriləcək.

Teleqraf.com xəbər verir ki, Məlikinin sözlərinə görə, İraq ABŞ-dan F-16 təyyarələrini almaq istəsə də, sonradan bu fikrindən daşınmalı olub, çünki müqavilənin bağlanması gecikirdi. “Etiraf etməliyəm ki, əvvəlcə ABŞ-dan qırıcı təyyarə almaq istəsək də, müqavilənin yazılması, hazırlanması, imzalanması çox vaxt aparacağından ehtiyatlanıb, Rusiyaya müraciət etdik. Moskva isə qırıcı təyyarələrin bir neçə gün ərzində ölkəyə çatdıracağına söz verib. Beləliklə, iki-üç gün ərzində qırıcılar artıq ölkədə olacaq”, - deyə, baş nazir söyləyib. Onun sözlərinə görə, İraq Rusiyadan və Belorusdan “Suxoy” qırıcı təyyarələrini alıb. “Bu təyyarələr artıq sınanıb və istismarda olub. Odur ki, biz onların etibarlılığına şübhə etmirik”. – deyə, Məliki bildirib.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin əl-Məliki ilə İraqdakı böhranlı vəziyyəti müzakirə edib.

Putin İraqın terrorçulardan təmizlənməsi ilə bağlı İraq hökümətinin hərəkətlərini dəstəklədiyini bəyan edib.


Müəllif: