İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının 20 batalyonunu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində bildirib.
“HƏMAS”ın 24 batalyonundan 20-ni məhv edə bildik. Rəfaha daxil olmaq istəyirik, çünki orada daha dörd batalyon var”, - deyə Baş nazir vurğulayıb.
Netanyahu həmçinin Rəfahda əməliyyat zamanı İsrailin çox güclü müqavimətlə qarşılaşacağını da qeyd edib.