10 May 01:46
323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Raket təhlükəsi ilə əlaqədar Belqorod və ətraf rayonlarda həyəcan təbili çalınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı regionun rəhbəri Vyaçeslav Qladkov teleqram kanalında yayıb.

"Raket təhlükəsi sirenası Belqorod və Belqorod vilayətində işə salınıb. Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Pəncərələri olmayan, möhkəm divarların olduğu otaqlarda özünüzü qoruyun. Əgər çöldəsinizsə, sığınacaq və ya başqa təhlükəsiz yerə gedin”, - deyə o yazıb.


Müəllif: Pərvin Cəfərova