5 Sentyabr 2016 00:41
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Siçuan vilayətində yüzlərlə bahalı avtomobil atılmış vəziyyətdə qalıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən bu məkan ictimai avtomobil dayanacağıdır.

Buradakı avtomobillərin sayı 200-dən artıqdır. Onların bəziləri sahibləri tərəfindən atılıb. Bəzilərinin sahibləri isə müxtəlif cinayət əməlləri ilə əlaqədar həbsxanalarda cəza çəkirlər. Avtomobillərin bəziləri isə polis tərəfindən bura gətirilib.

Maraqlı cəhət burasındadır ki, illərdir sahibsiz qalan bu nəqliyyat vasitələri arasında qiyməti 50, 60 hətta 90-100 min dollar məbləğində hesablanan avtomobillər var. "Mercedes-Bens", Audi","Bentley", "Land Rovers", "Range Rovers" və digər bahalı avtomobilləri ot-alaf basıb.

Avtomobillərin bəzilərinın ayrı-ayrı hissələri sıradan çıxdığından sahibləri onları ataraq gediblər. Sürücülərin baxımsız qalmış maşınlara yaxın durmamalarının bir səbəbi də nəqliyyat vasitələrinin sıradan çıxmış hissələrinin qiymətinin baha olmasıdır.


Müəllif:

Oxşar xəbərlər