“Ukrayna böhranı ilə bağlı "Normand dördlüyü"nün növbəti görüşü keçiriləcək”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland Feysbuk hesabında bildirib. O qeyd edib ki, bununla bağlı Çinin Xondju şəhərində keçirilən G-20 toplantısı çərçivəsində razılığa gəlinib.
Olland bildirib ki, görüş yaxın həftələrdə baş tutacaq.
Samir