5 Sentyabr 2016 22:22
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada atəşkəsin əldə olunması üçün koalisiya qüvvələri ilə əməkdaşlıq edirik.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində G20 sammitində çıxışı zamanı deyib.

“Bölgədə atəşkəsin elan edilməsi üçün çalışırıq. Koalisiya qüvvələri ilə əlaqədəyik. Xüsusən Rusiya ilə Hələb bölgəsində əməkdaşlığa çalışırıq. Məqsədimiz Qurban bayramından öncə bölgədə atəşkəsi təmin edərək, əraziləri bombalardan təmizləməkdir. Rusiya, ABŞ və Türkiyə xarici işlər nazirləri məsələ ilə bağlı danışıqlar aparırlar”, - Ərdoğan bildirib.

Türk lider Suriyada uçuşa qadağan olunan bölgənin yaradılması ilə bağlı təklifi Obama və Putinə çatdırdığını da əlavə edib.

Sevinc


Müəllif:

Oxşar xəbərlər