İmralıda cəza çəkən Abdullah Öcalandan xəbər ala bilməsək gərginlik daha da artacaq.
Axar.az xəbər verir ki, bunu Türkiyənin kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Demirtaş deyib.
“Əgər biz pis niyyətliyiksə, qarşısını alın. Diyarbəkirdə hazırda aclıq aksiyasına başlanılıb. Bu həssas məsələni həll etməsək, İmralıdan xəbər almasaq, gərginlik daha da artacaq. Biz bunun qarşısını almağa çalışırıq”, - Demirtaş bildirib.
Qeyd edək ki, Demirtaş PKK-nın keçmiş lideri Abdullah Öcalandan uzun müddətdir ki, xəbər ala bilmədiklərini iddia edir.