6 Sentyabr 2016 12:54
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Səmərqənddə Özbəkistanın ilk prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoyub.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, daha sonar Putin bu ölkənin baş naziri Şövkət Mirziyayev ilə görüşüb.

Putin bildirib ki, Özbəkistan rəhbərliyi və özbək xalqı ən etibarlı dost kimi Rusiyaya ümid edə bilər. Onun sözlərinə görə, Rusiya İslam Kərimov siyasətinin davam edəcəyinə inanır.

Qeyd edək ki, sentyabrın 3-də vəfat edən İslam Kərimovun postuna real namizəd kimi Şövkət Mirziyayev göstərilir.

Samir


Müəllif: