6 Sentyabr 2016 19:38
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niger ticarəti 3 qat artmış eşşəklərin ixracına qadağa qoyub. Ölkə eşşəklərin xüsusilə Asiya ölkələrinə aparılmasını heyvanın artımına təhlükə hesab edir.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, hökumət rəsmilərin "İxrac davam edərsə, heyvanların sayı azalacaq", deyib.

Çinin tibbi toniklərdə istifadə üçün jelatin, afrodisiass (seksual istəyi artırmaq üçün maddə) və yaşlanma əleyhinə kremlərin istifadəsi üçün çoxlu eşşək idxal etdiyi məlumdur. Avqustda qonşu Burkina Faso eşşək dərisinin ixracına qadağa qoyub.

"Ötən il ixrac edilmiş 27 min eşşəklə müqayisədə bu il 80 min heyvan ixrac edilib", Nigerin mal-qara nazirliyindən Atte Issa bildirir.

Hökümət, həmçinin eşşəklərin öldürülməsini də qadağan edib.

Nigerdə eşşək ticarəti o qədər gəlirlidir ki, fermerlər başqa heyvandarlıq sahələri ilə məşğul olmur.

Hazırda bu heyvanların qiyməti 100-145 dollar arasındadır, əvvəllər isə cəmi 34 dollar olub.


Müəllif:

Oxşar xəbərlər