Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti ikitərəfli hərbi-texniki əməkdaşlıq haqqında danışıqlarda iştirak üçün təcili Moskvaya yola düşüb.
Teleqraf.com xəbər verir ki, Ermənistanın müdafiə nazirinin müavini, maddi-texniki təchizat departamentinin rəisi Movses Akopyanın başçılığı altında nümayəndə heyəti artıq Rusiyadadır.
Səfər sentyabrın 7-dən 9-dək davam edəcək.
Hazırda müdafiə nazirinin digər müavini, dövlət hərbi-sənaye komitəsinin sədri David Paxçanyanın başçılıq etdiyi nümayəndə heyəti də Moskvadadır.
Kəmalə