8 Sentyabr 2016 10:42
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara dəniz üzərində Rusiya qırıcısı ABŞ-a aid bir hərbi kəşfiyyat və müşahidə təyyarəsinə xəbərdarlıq edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Müdafiə Nazirliyinin sözçüsü kapitan Ceff Davis açıqlama verib.

Onun sözlərinə görə, hadisə vaxtı Rusiyaya aid Su-27 ABŞ-ın P-8A Poseidon tipli təyyarəsinə təhlükəli məsafəyə qədər yaxınlaşıb: "İnsident 19 dəqiqə davam edib. Bu hərəkətlər lazımsız yerə gərginliyi yüksəltmə potensialı daşıyır, yanlış dəyərləndirmələr və ya qəzalarla nəticələnir".

Samir


Müəllif:

Oxşar xəbərlər