9 Sentyabr 2016 13:31
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni tikilən mənzillərə yalnız işləyən vətəndaşlar iddia edə bilərlər”.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu sözləri bu gün keçirilən iclasda deyib.

Prezident bildirib ki, qazaxların mənzil ehtiyacı yüksəkdir: “Bir məsələni də deməliyəm: havayı pendir ancaq siçan tələsində olur. Havayı pul yoxdur, havayı kredit verilmir. Mənzili yalnz işləyən və aybaay banka kredit faizi ödəyə bilən almalıdır”.

Bundan əvvəl Qazaxıstan prezidentinin hökumətə hər bir ölkə vətəndaşına 10 sot torpaq verməyi nəzərdə tutan mənzil proqramı təqdim etməsi barədə məlumat yayılıb.

Mahir


Müəllif:

Oxşar xəbərlər