İraqın şimalında İŞİD-ə qarşı beynəlxalq koalisiyanın həyata keçirdiyi hava əməliyyatları nəticəsində 40-a qədər İŞİD silahlısı, o cümlədən qruplaşmanın lideri Əl-Bağdadinin sağ qolu zərərsziləşdirilib.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, Bağdadinin məsləhətçisi Əbu İbrahim əl-Hədidi Mosul yaxınlığında havadan hücumu zamanı öldürülüb. İŞİD-in daha bir yüksək rütbəli şəxsi Visam İsmayıl əs-Subari də öldürülənlər sırasındadır. O,kamikadzelərin hazırlanması ilə məşğul olub.