Bu gün 60 illik yubileyini qeyd edən Qırğızıstan prezidenti Almazbek Atambayevin mahnısına çəkilmiş yeni klip internet resurslarda yayılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, “Qırğızıstanım” adlı mahnı prezidentin sayca 4-cü, qırğız dilində isə birinci mahnısıdır.
Qırğızıstan prezidenti mahnılarını “Şəhər romansı”nın müşayiəti ilə ifa edir. Yeni mahnı ölkə başçısının vətəninə həsr olunub və Atambayev “atalarının yurdu”nu sevdiyini etiraf edir.
2017-ci ildə prezident müddətini bitirdikdən sonra Atambayev özünü yaradıcılığa həsr etməyi planlaşdırır.
Kəmalə