19 Sentyabr 2016 17:47
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə maraqlı hadisə baş verib. Söhbət Türkiyənin ana müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıncdaroğlunun bənzəri ilə bağlıdır. Belə ki, bu gün İstanbulun Esenlər orta məktəbində 2016-2017-ci təhsil ilinin açılışı münasibətilə tədbir keçirilib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən mərasimdə iştirak edən Təhsil Nazirliyinin müşaviri, professor Ahmet Emre Bilgilinın CHP sədri Kamal Kılıncdaroğluna oxşarlığı hər kəsi təəccübləndirib.

Təhsil Nazirinin nümayəndəsi çıxış edərkən bəziləri onun Kamal Kılıncdaroğlu olduğunu zənn edib. Bilgili çıxışı zamanı şagirdləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.

Teleqraf.com CHP sədri Kamal Kılıncdaroğluna bənzəyən Ahmet Emre Bilgilinin fotolarını təqdim edir.

Cavad


Müəllif: