22 Sentyabr 2016 14:04
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının toplantısına qatılmaq üçün Nyu-Yorka səfər edən İran prezidenti Həsən Ruhani Amerikanın NBC telekanalına müsahibə verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ruhani Tehranla Qərb arasında əldə edilən nüvə sazişindən və həmin sazişin Amerikadakı müxaliflərindən danışıb.

Onun sözlərinə görə, heç kəs özbaşına olaraq nüvə sazişinə qarşı çıxa bilməz: “Amerikada prezidentliyə namizədlər öz seçki kampaniyalarına uyğun olan istənilən mövzunu seçə bilərlər. Lakin heç kəs orda oturub bu sazişi qəbul etmədiyini və ya onu yenidən müzakirəyə çıxarmaq istədiyini deyə bilməz. Bir sözlə, dünyanın yeddi ölkəsi ilə BMT bu sazişin arxasında durduğu və Beynəlxalq Atom Enerjisi Agentliyi də onun icrasına nəzarət etdiyi bir halda heç bir ölkə və ya onun prezidenti təkbaşına olaraq bu sazişi ləğv edə bilməz”.

Nüvə sazişinin icra olunması prosesini tənqid edən İran prezidenti öz müsahibəsində Amerika Maliyyə Nazirliyinin İran banklarına qarşı tətbiq etdiyi məhdudiyyətlərdən də gileylənib. O bildirib ki, Amerikanın Maliyyə Nazirliyi qoyduğu məhdudiyyətlər İran banklarının və onun digər maliyyə müəssisələrinin fəaliyyətini çətinləşdirib.

Xatırladaq ki, Amerikanın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp verdiyi bəyanatda bildirib ki, əgər o prezident seçilsə, onun prioritet işlərindən biri həmin nüvə sazişini ləğv etmək olacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər