23 Sentyabr 2016 09:40
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 6 yaşlı qız uşağını oğurlamaqda, onu zorlamaqda və qətlə yetirməkdə günahlandırılan cinayətkar edam edilib.

Teelqraf.com xarici mediaya istinadən xəbər verir ki, Səid adlı 34 yaşlı şəxs bu ilin iyun ayında İranın Neyriz şəhərində qonşularının 6 yaşlı qızı küçədə oğurlayıb evinə aparıb. O, qıza işgəncə verib, onun əl-qolunu sındırdıqdan sonra qulağındakı sırqalarını oğurlayıb, onu zorladıqdan sonra qətlə yetirib, meyitini isə torba içində motosikletlə şəhərdən çıxarıb, qazdığı çuxurda basdırıb.

Qatil hadisədən 12 saat sonra ətraf kəndlərdən birində yaxalanlıb. O, Neyrizdə ictimaiyyətin gözü qarşısında dar ağacından asılıb. Edam mərasiminə qətlə yetirilən qız uşağın valideynləri də qatılıb.

Elvin


Müəllif: