23 Sentyabr 2016 13:37
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin işçilərindən olan İan Mellulun elektron poçtu haker hücumuna məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamaya məxsus bəzi məxfi məlumatlar ələ keçirilib:

"Məlumatlar arasında Mişel Obamanın paspotr və uçuş biletləri yer alıb. Bundan başqa, Mellulun kompyuterində çox sayda yüksək rütbəli şəxslərin şəxsi məlumatları olub".

Ağ Evin sözçüsü Coş Ernest gündəlik mətbuat konfransında məlumatı təsdiq edib.

Samir


Müəllif: