Son günlər Suriyanın Hələb şəhərinin şərqində gedən hərbi əməliyyatlarda 100-ə yaxın uşaq həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (YUNİSEF) məlumat yayıb.
Məlumatda bildirilir ki, son günlər davam edən ağır döyüşlər zamanı 220-dən çox uşaq yaralanıb. Fondun bəyanatında bildirilir ki, Hələbdəki əməliyyatlar zamanı 96 uşaq öldürülüb, 223 azyaşlı yaralanıb.