Rusiyada Moskva vilayətinin Kubinka rayonunun Alabino poliqonunda yerləşən “Patriot” Parkında ölkənin hərbi texniki vasitələrinin sərgisi təşkil olunub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, “Ordu-2016” (“Armiya-2016”) çərçivəsində düzənlənən sərgidə 9 mindən çox yerli hərbi məhsullar nümayiş etdirilib.