4 Oktyabr 2016 17:25
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yakutiya bölgəsində Neryunqrinsk texnoloji kollecində insident yaşanıb.

Dərs zamanı qulaqcıqlarla mahnı dinləyən Daniel adlı tələbə müəllimin ona etiraz etməsinə qəzəblənib və pedaqoqa hücum edib. Hadisə digər tələbələr tərəfindən mobil telefonun kamerası ilə lentə alınıb. Videodan məlum olur ki, Danielin tələbə yoldaşları onun bu hərəkətinə qarşı çıxır və tələbəni sinifdən çıxardırlar.

Müəllim hadisə ilə bağlı heç bir orqana şikayət etməyib.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Elvin


Müəllif: