Türkiyədə 27 yaşlı Samet Can adlı gənc sevgilisinə sürpriz evlilik təklifi hazırlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Samet 26 yaşlı sevgilisi Nazan Akdenizi qırmızı xalı üzərindən keçirərək “Bir sabaha daha sənsiz oyanmaq istəmirəm. Mənimlə evlənərsənmi?” yazılan səhnəyə gətirib.
Qadın evlilik təklifini müsbət cavablandırıb və bu anda atəşfəşanlıq başlayıb.