4 Oktyabr 2016 23:25
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ iqtisadiyyatı uçot dərəcəsinin artırılmasına hazırdır və ölkədə prezident seçkilərinin keçirilməsinə baxmayaraq, bu, noyabrda baş tuta bilər.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı ABŞ-ın Klivlend ştatı Mərkəzi Bankının rəhbəri Loretta Mester "Bloomberg" telekanalına müsahibəsində verib. O bildirib ki, FES-in ABŞ prezident seçkilərinə 1 həftə qalmış, noyabrın 1-2-də Vaşinqtonda keçiriləcək iclasda uçot dərəcəsini artırması mümkündür və seçkilər buna mane olmayacaq.

Qeyd edək ki, L.Mester FES-in 21 sentyabr iclasında uçot dərəcəsinin artırılmasını dəstəkləyib. O, ABŞ iqtisadiyyatının ilin II yarısında sürətlənəcəyini və inflyasiyanın FES-in 2% hədəfinə tezliklə çatacağına inandığını bildirib: "FES irəliyə baxmalı və gözləməməlidir".
Xatırladaq ki, maliyyə bazarları iştirakçıları FES-in noyabr iclasında, prezident seçkiləri ərəfəsində uçot dərəcəsinə dəyişiklik etməyəcəyini düşünürlər. Lakin bu cür açıqlamalar investorlarda müəyyən gözləntilər yarada bilər.


Müəllif:

Oxşar xəbərlər