5 Oktyabr 2016 12:41
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan prezidenti İslam Kərimovun ölümündən bir ay ötür, ölkənin müxtəlif bölgələrindən Səmərqəndə, mərhumun qəbrini ziyarətə gələnlərin ardı-arası kəsilmir.

Teleqraf.com "Ferqana" informasiya agentliyinə istinadla xəbər verir ki, bəziləri zarafatla birinci prezidentin qəbrini insanların kiçik həcc ziyarətinə çevirdiyini deyirlər.

Ötən ay ərzində qəbrin ətrafı bircə gün də adamsız olmayıb.

Ölkənin şimalı ilə müqayisədə Kaşkandar vilayətindən və Fərqanə vadisindən ziyarətə daha çox gələn olur. Belə qələbəliyə Səmərqənddə ilk dəfə rast gəlinir.

"Padşahımızın məzarını ziyarət etdik, indi də evinə baş çəkəcəyik" - ziyarətçilərdən biri belə deyib.

Əksəriyyət məzar ziyarətindən sonra İslam Kərimovun doğuluduğu Səmərqəndin mərkəzindəki evə - Bibixanım küçəsi, 124 ünvanına yollanır. Qonaqları məyus edən bircə cəhət var - həm məzarlıqda, həm də evdə şəkil çəkdirməyə qadağa qoyulub.

MAHİR


Müəllif:

Oxşar xəbərlər