7 Oktyabr 2016 15:51
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev Universitetinin tələbəsi Taras Şevçenko Ukrayna prezidenti Petro Poroşenko ilə görüşdə maraqlı sualları ilə yadda qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, tələbə prezidentə uşaqlarını nə vaxt orduya göndərəcəyi ilə bağlı sual verib. Poroşenko ilə Şevçenko arasında maraqlı dialoq yaşanıb:

- Siz övladlarınızı nə vaxt orduya göndərəcəksiz?

- Mənim övladlarım artıq orduda olublar. Ən balacasının isə 14 yaşı var. Bəs sizin neçə yaşınız var?

- Bəs müharibə nə vaxt bitəcək? Mənim 22 yaşım var.

- Siz orduda xidmət etmisiz?

- Yox, mən tələbəyəm. Bəs problemi sadə yolla həll etmək mümkün deyil?

- Üzr istəyirəm, problemi həll etmək üçün hər iki tərəfin razılığı lazımdır.

- Onda belə çıxır ki, biz əsirik?

- Siz təklif edirsiz ki, Rusiyaya təslim olaq?

- Yox, mən heç nə təklif etmirəm.

- Onda mənim təkliflərimə qulaq asın!

Samir


Müəllif:

Oxşar xəbərlər