Türkiyənin baş naziri Binəli Yıldırımın 15 iyul çevrilişə cəhd gecəsində gizləndiyi tunelin adı dəyişdiriləcək.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fətullah Gülənin 15 iyulda həyata keçirmək istədiyi hərbi çevrilişin başladığı saatlarda Kastamonu şəhərinə gedən baş nazir təhlükəsiz yer kimi İlqaz tunelində gizlənir.
Çevrilişə cəhdin iflasından sonra verdiyi açıqlamada baş nazir "Təməlini qoyduğumuz tunel bizə sığınacaq oldu" deyir.
Tikinti bölgəsində olan Türkiyənin nəqliyyat naziri Əhməd Arslan tunelin il sonuna qədər tamamlanacağı və “Ilqaz 15 iyun İstiqlal tuneli” adlanacağını qeyd edib.
Dilqəm