Türkiyədə keçirilməsi planlaşdırılan referendumun tarixi açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib.
Onun sözlərinə görə, referendum gələn ilin əvvəlində baş tutacaq: "Referendumun keçirilməsi üçün Türkiyə Böyük Millət Məclisində 330 deputatın səsi lazımdır. Güman edirəm ki, qısa müddətdə səsvermə baş tutacaq".
Nazir ABŞ-ın Fətullah Gülənin ektradisiyasını qəlizləşdirməsi ilə bağlı fikirlərini də bölüşüb: "ABŞ tez bir zamanda Güləni ektradisiya etməlidir. O, terrorçudur. Terrorçunu gizlətmək cinayət əməlidir. Ekstradisiya olmasa, Türkiyə ciddi tədbirlər görəcək".
Samir