15 Oktyabr 2016 17:03
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin yeni seçilmiş baş katibi Antonio Quterreş France-24 telekanalına müsahibəsində qurumda islahatların zəruri olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, yeni baş katib müsahibəsində islahatla bağlı mövqeyini açıqlayıb: BMT-dən onun mənəvi güc qismində real nüfuzunu təmin etmək üçün funksionallığını yenidən nəzərdən keçirmək, çatışmazlıqları analiz etmək, yerlərdəki real vəziyyətin dəyişməsinə nail olmaq tələb edilir. “Birləşmiş Millətlər Təşkilatında islahatlar artıq həyata keçirilir və BMT-nin maksimal effektivliyinə nail olmaq üçün onun davamını təmin etmək lazımdır”, - deyə siyasətçi bildirib.

Bununla yanaşı, Antonio Quterreş qeyd edib ki, əsasən də BMT-nin qaçqınların işi üzrə Ali komissarlığında aparılacaq islahatlar “bürokratik aparatın təminatına daha az, real fəaliyyətlərə, ölkə və regionlarda yaşayan xalqların ehtiyaclarının ödənilməsinə daha çox resurs ayrılmasını” təmin etməlidir.

“Bu asan məsələ deyil, lakin mən onun yerinə yetirilməsi üçün səylərimi əsirgəməyəcəyəm, - deyə BMT-nin yeni başçısı bildirib.

Suriya böhranına da toxunan Quterreş qeyd edib ki, bu münaqişənin nizamlanması BMT-nin gələcək fəaliyyətində prioritet məqsədlərdən biri olmalıdır.


Müəllif: