Almaniya vətəndaşları ölkəyə hibrid hücumların artması səbəbindən elektrik enerjisinin uzun müddət kəsilməsinə hazırlaşmalıdırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Əhalinin Müdafiəsi və Fəlakətlərə Yardım üzrə Federal İdarəsinin vitse-prezidenti Rene Funk xəbərdarlıq edib.
“Vətəndaşlara müraciət edirəm ki, fövqəladə hallara hazır olun, elektrik enerjisinin uzun müddət kəsilə bilər”, - deyə Almaniya rəsmisi bildirib.