Rusiya Donbas regionuna ATƏT-in polis missiyasının yeridilməsinə razılıq verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Berlində keçirdiyi brifinqdə bəyan edib.
"Minsk razılaşmalarının yerinə yetirilməsi üçün “yol xəritəsi” noyabrın sonuna qədər işlənib hazırlanmalıdır. Bu həmçinin sərhəd məsələlərinə də aiddir. Hesab edirəm ki, hazırda Normand formatının alternativi yoxdur”, deyə P.Poroşenko qeyd edib.
Onun sözlərinə görə, görüşdə hər hansı bir sənəd imzalanmayıb. Poroşenko bildirib ki, yaxın vaxtlarda “Normand dördlüyü” ölkələrinin XİN rəhbərlərinin görüşü baş tutacaq.
Xatırladaq ki, oktyabrın 19-da Berlində “Normand dördlüyü” liderlərinin görüşü baş tutub.l Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında danışıqlar “bağlı qapılar” arxasında keçirilib.