Bir neçə il əvvəl Türkiyədə qətlə yetirilən “Aqos” qəzetinin baş redaktoru, erməni əsilli jurnalist Hrant Dinkin cinayət işi ilə bağlı yeni məqamlar üzə çıxıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistin qətlində əli olan yeni simalar bəlli olub. Bunlar 15 iyul dövlət çevrilişində əlləri olan general Hamza Celepoğlu, kapitan Muharrem Demirkal və Yavuz Karakayadır. Onlara qarşı artıq qətllə bağlı rəsmi ittiham irəli sürülüb.