22 Oktyabr 2016 02:39
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın Qızılyurd rayonunun Stalskoe kəndində minik avtomobilindən federal təhlükəsizlik əməkdaşlarına atəş açan gizli quldur dəstəsinin iki üzvü öldürülüb.

"Report" xəbər verir ki, bu barədə bölgənin güc strukturlarına istinadən "İnterfax" məlumat yayıb.

Hadisə ötən gün axşam saatlarında baş verib. Hüquq-mühafizə orqanları əməkdaşları minik maşınını saxlamağa cəhd ediblər. Sürücü asayiş keşikçilərinin tələbinə tabe olmayıb və maşından polislərə atəş açılıb. Baş verən atışma zamanı avtomobildə olan hər iki şəxs zərərsizləşdirilib.
Yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir.


Müəllif:

Oxşar xəbərlər