“Suriyada atəşkəsin təmin olunması məsələsində Türkiyəyə ehtiyac var”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
O, Fələstinin Baş naziri Rami Hamdallah ilə Berlində keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında Türkiyənin İraq və Suriyadakı rolunu qiymətləndirib: “Türkiyənin ətrafında böyük və çətin münaqişələrin baş verdiyini, bunların Türkiyəyə təsirini nəzərdən qaçırmamaq lazımdır. Bu baxımdan Türkiyənin rolunun də asan olmadığını başa düşürəm”.
Samir