“Koreya Xalq Demokratik Respublikası ABŞ-a və onun müttəfiqlərinə, o cümlədən Yaponiyaya onlar tərəfindən kiçicik təxribat törədildiyi halda preventiv zərbələr endirməyə qadirdir”.
Teleqraf.com-un məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Yaponiya Koreya xalqının “qatı düşməni” olmaqda davam edir: “Koreya Xalq Demokratik Respublikası nüvə hücumu vasitələri ilə onun düşmənlərinə onlar tərəfindən xalq respublikasının suveren maraqlarının müdafiəsi və mövcudluq hüququnun pozulmasına yönəlmiş kiçicik təxribat halında qabaqlayıcı zərbələr endirməyə hazırdır”.
Bundan əlavə agentliyin məlumatında Yaponiyanın xarici işlər naziri Fumio Kisida təndiqə məruz qalıb.
Qeyd edək ki, F.Kisida raket və nüvə sınaqları keçirməsinə görə Pxenyana qarşı təzyiqin gücləndirilməsinə çağırış edir.
Səxavət